Mənzurə Musayeva 45 yaşında kişiyə ərə gedir: “Bəs qədər pulu, var-dövləti, iki-üç maşını, dörd-beş evi...

img

16-07-2025 [09:20]


“Tək, gözəl-göyçək xanımam. Allah yazıb ki, elə ömür boyu tək yaşayım? Xoşuma gələn bir insan olsa, bu izdivac baş tuta bilər”.

Bu sözləri Mənzurə Musayeva “Elgizlə izlə” verilişində deyib.

O, həyatında bir insan olduğunu açıqlayıb: “Mənə sadəcə “Votsap”a yazıb ki, səndən xoşum gəlir, ailə qurmaq istəyirəm, görək sözümüz düz gəlir, ya yox. Elə hoydu-hoydu salıblar, sanki nəsə pis hərəkət etmişəm. Tək qalanda deyirsiniz ki, niyə ailə qurmursan?

Mənə aşiq olan oğlanın bəs qədər pulu, var-dövləti, iki-üç maşını, dörd-beş evi var. Müğənnidir, 45 yaşındadır, ailəli olub, iki övladı var. 20 ildir, ayrılıblar. Oturub söhbət etsək, bəlkə də, bu iş alınar”(Pravda).

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR