YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu

img

30-01-2026 [12:46]


ABŞ tərəfindən dəstəkdən məhrum oan Suriya Demokratik Qüvvələri (SDQ), nəhayət, Dəməşq hökuməti ilə atəşkəs və Suriyaya inteqrasiya barədə razılığa gəlib.

Mia.az xarici mətbuata istinadla bildirir ki, 14 günlük müvəqqəti atəşkəs anlaşması çərçivəsində aparılan danışıqlar bu gün səmərəli nəticə ilə yekunlaıb.

Suriya Dövlət Televiziyasından bildirilib ki, artıq SDQ qüvvələri silahları yerə qoyaraq, hökumətə  inteqrasiya prosesinə "hə" deyiblər: "Yeni razılaşma ilə artıq Suriya qüvvələri SDQ-nin nəzarətində olan Haseke və Qamışlıya yerləşdiriləcək. Bundan əlavə, SDQ-yə bağlı üç briqadadan ibarət hərbi diviziya yaradılacaq. Eyni zamanda, Suriya dövlət qurumlarına SDQ-nin təyin etdiyii mülki vəzifəli şəxslərin inteqrasiyası, onların  vəzifələrinin saxlanılması, köç etmiş əhalinin geri qaytarılması kimi məsələlər razılaşdırılıb"

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA