Qardabanidə kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb

img

13-07-2020 [16:40]


İyulun 4-də Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Nəzərli kəndində baş vermiş kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb.

Bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.

İstintaqla müəyyən olunub ki, insidentə iyulun 2-də Nəzərli və Vaxtanqisi kəndlərinin sakinləri arasında baş verən şifahi və fiziki qarşıdurma səbəb olub.

İyulun 4-də isə insidentin iştirakçıları digər şəxslərlə birgə dəmir və plastik çubuqlarla Nəzərli kəndinin mərkəzindəki kafeyə hücum ediblər və obyektin sahibinə qarşı zorakılığa yol veriblər.

Bu hərəkətə cavab olaraq elə həmin gün Nəzərli kəndindən olan şəxslər Vaxtanqisi kəndinin sakininə məxsus minik avtomobilini zədələyərək onu aşırıblar.

Faktla bağlı qrup halında xuliqanlıq və zorakılıq maddəsi üzrə istintaq tədbirləri davam etdirilir.

Saxlanılan şəxslərə qarşı həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət olunub. /Report


Digər xəbərlər
SON XƏBƏRLƏR