Ermənistanda daha 349 nəfər koronavirusa yoluxdu

img

07-07-2020 [10:50]


Ermənistanda son sutka ərzində koronavirusa yoluxma hallarının sayı daha 349 nəfər artaraq 29 285 nəfərə çatıb.

Bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzindən bildirilib.Eyni zamanda, son bir gündə Ermənistanda 12 nəfər virusdan ölüb. Bununla da ölkədə COVID-19 qurbanlarının sayı 503-ə çatıb.

Qeyd olunub ki, virusdan 16 907 pasiyent sağalıb. Hazırda 11 711 nəfər infeksiyadan müalicə olunur.

Ermənistanda indiyə qədər 125 088 nəfər testdən keçirilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA