Yaponiyada 1,3 milyon insan təxliyə edilir

img

07-07-2020 [12:24]


Yaponiyanın Fukuoka, Kumamoto, Naqasaki və Oita prefekturalarının, təxminən, 1,3 milyon sakininə ölkəni cənginə alan sel və daşqınlar səbəbi ilə təxliyə olunmaq tövsiyə edilib.

“Report” xəbər verir ki, bu barədə NHK telekanalı hadisə yerlərindən toplanmış informasiya əsasında məlumat verib.

Qeyd edək ki, iyulun 4-dən bəri təbii fəlakət nəticəsində ölkədə 52 nəfər ölüb, 2 nəfər ağır vəziyyətdədir, 12 nəfər itkin düşüb.

Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün işə xilasedicilər və 10 min hərbçi cəlb olunub.

Leysan yağışları Küsü, Şikoku adalarına, eləcə də Yaponiyanın əsas adası olan Honsüyə ciddi ziyan vurub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA