İranlı nazir: “COVID-19-a qarşı peyvəndin heyvan üzərində sınağı uğurlu olub...”

img

30-06-2020 [14:47]


İranda yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndin heyvan üzərində sınağı uğurla həyata keçirilib.  

Bu barədə İranın Səhiyyə naziri Səid Nəməki “Farmeks (Pharmex) 2020 Dərman Preparatları Sərgisi”nin açılış mərasimində bildirib.

O deyib ki, ötən 4 ay ərzində iranlı mütəxəssislərin peyvəndin istehsalı üzrə fəaliyyəti yaxından izlənilib və nəticələr çox ümidvericidir.

Nəməki qeyd edib ki, koronavirusa qarşı peyvəndin istehsalı sahəsində İran böyük addımlar atıb və tezliklə peyvəndin insan üzərində sınaqdan keçirilməsinə başlanacaq/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA