Almaniyada azərbaycanlıların qaldığı qaçqın yataqxanasında əməliyyat keçirilib
29-06-2020 [15:56]
Almaniyanın Frankfurt şəhərində yerləşən bir qaçqın yataqxanasında polis, bələdiyyə və “Diakonie” təşkilatının əməkdaşlarının birgə iştirakı ilə əməliyyat keçirilib.
“Report”un Avropa bürosuna həmin yataqxanada qalan Azərbaycan vətəndaşlarından daxil olan məlumatda deyilir ki, polis əməkdaşları və yataqxananın mühafizəçiləri səhər saatlarında otaqlara bir-bir girərək, elektriklə işləyən bütün cihazları toplayıblar. Buna səbəb isə, yataqxanada ümumi mətbəxlərin olmasına baxmayaraq, sakinlərin əlavə elektrikli sobalardan və su qızdırıcılarından istifadə etməsi olub. Hətta keçən həftə otaqlardan birində qısaqapanma nəticəsində yanğın baş verib.
Bundan sonra yataqxanaya məsul “Diakonie” təşkilatı sakinlərdən əlavə elektrikli avadanlıqları yığıb. Lakin, bəzi sakinlər elektrikli soba və su qızdırıcılarını verməkdən imtina ediblər. Ötən gecə də qısaqapanma nəticəsində yataqxananın ümumi elektrik bloku partlayıb və yataqxana səhərə qədər işıqsız qalıb.
Bundan sonra polis və yataqxana mühafizəçiləri məcbur bir-bir otaqlara girərək elektrikli cihazları toplayıblar.
Azərbaycan vətəndaşları bildiriblər ki, yaşadıqları yataqxanada sakinlər arasıda qaşınma xəstəliyi də yayılıb. Artıq sakinlərdən vəziyyəti ağır olanlar xəstəxanaya yerləşdiriliblər. 54 sakində ağır formada qaşınma xəstəliyi qeydə alınıb. Xəstəliyin sürətlə yayılması bələdiyyəni hərəkətə gətirib. Bələdiyyə işçiləri ötən gün yataqxanaya gələrək, otaqları dərmanlayıblar.
Soydaşlarımız bildiriblər ki, qaldıqları yataqxanada vəziyyət olduqca ağırdır.
“Heç bir gigeyinik qaydalara riayət edilmir. Otaqlar taxta biti və gənə ilə doludur. Yüksək hərarəti olanlar camaatla birgə yeməkxanada otururlar. Camaat koronavirusa görə test tələb edir. Çünki 3-5 nəfərdə bu virusun əlamətləri var. Belə olan halda da digər sakinlər qorxurlar”- deyə soydaşlarımız bildiriblər.
İndi yataqxanada yanğın təhükəsizliyi sistemlərinin qurulması üçün sakinlərin yaxınlıqdakı məktəbin idman zalına köçürülməsi müzakirə edilir.
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli sədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür