ABŞ-ın bu ştatlarında koronavirusa yoluxanların sayı artıb - Siyahı

img

25-06-2020 [15:19]


ABŞ-ın beş ştatında - Florida, Texas, Oklahoma, Cənubi Karolina və Kaliforniyada bir günə yeni növ koronavirusa yoluxma üzrə rekordlar qeydə alınıb.

"RİA Novosti” xəbər verir ki, bu barədə ştatların səhiyyə departamentlərinin məlumatlarında bildirilib.

Belə ki, Florida Səhiyyə Departamenti son sutkada ştatda 5 508 koronavirusa yoluxma aşkarlandığını və bunun ştat üçün rekord olduğunu açıqlayıb. Oklahomada 482, Cənubi Karolinada isə 1 291 yeni yoluxma faktı aşkar edilib. Daha əvvəl də rekord qeydə alınmış Texas və Kaliforniyada isə rekordlar yenilənib: müvafiq olaraq 5 551 və 7 149 yeni yoluxma faktı qeydə alınıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA