NATO Liviyada Rusiya qüvvələrinin sayının artmasından narahatdır

img

23-06-2020 [17:29]


“NATO-ya üzv dövlətlər arasında Liviyadakı vəziyyətlə bağlı fikir ayrılıqları var. Lakin eyni zamanda, NATO-ya üzv dövlətlər Liviyada Rusiya qüvvələrinin sayının artmasından narahatdır”.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüssel forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, NATO Liviyada baş verənləri yaxından izləyir.

Y. Stoltenberq bildirib ki, NATO-ya üzv dövlətlər Liviya münaqişəsinin siyasi danışıqlar yolu ilə həllini dəstəkləyir.

NATO-nun baş katibi Rusiyanın qırıcı təyyarələrini və muzdlu döyüşçülərini Liviyaya göndərməsindən narahatlığını ifadə edib.

O vurğulayıb ki, NATO-ya üzv dövlətlər Rusiyanın Liviyada qüvvələrinin sayını artırması ilə bağlı kəşfiyyat məlumatlarını öz aralarında paylaşmaqla bağlı razılığa gəlib/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA