"Ermənistanda konstitusiya quruluşunun devrilməsinə hazırlıq görülür" - Erməıni vəkil
22-06-2020 [13:03]
Ermənistanda konstitusiya quruluşunun devrilməsinə hazırlıq görülür.
"Aysor” xəbər verir ki, bu barədə Ermənistanın tanınmış vəkili Amram Makinyan “Facebook” səhifəsində yazıb.
“Qanunverici orqanda məhkəmə hakimiyyətinin səlahiyyətlərinin qismən dayandırılması qanunsuz və konstitusiya quruluşunun devrilməsinə cəhddir. Bu cinayət tərkibli proses sükutla izlənir”, - o yazıb.
Qeyd edək ki, “168 jam” qəzeti yazıb ki, hakim “Mənim addımım” blokundan olan 88 deputat parlamentdə ölkənin Əsas Qanununa dəyişikliklə bağlı qanunu qəbul etməklə konstitusion devriliş edəcəklər: “Parlamentin deputatları Konstitusiya Məhkəməsinin razılığı olmadan Əsas Qanuna dəyişikliyi iki oxunuşda sabah qəbul edəcək. Bununla da Konstitusiya Məhkəməsinin səlahiyyətləri dayandırılacaq”.
Xatırladaq ki, Ermənistan parlamentinin 132 üzvü var. Onlardan 88-i hakim Mənim Addımım Partiyasının təmsilçiləridir. Parlamentdə Çiçəklənən Ermənistanın 25, İşıqlı Ermənistanın isə 17 deputatı var. Bir deputat isə bitərəfdir. Müxalifət təmsilçiləri iyunun 23-də keçiriləcək parlament müzakirəsində iştirak etməyəcəklərini bildiriblər.
Cari ilin fevralında Ermənistan parlamentinin növbədənkənar iclasında Konstitusiya Məhkəməsinin sədri və üzvlərinin erkən istefasına dair referendum keçiriləcəyi haqqında qanun layihəsi təsdiqlənib.
Qeyd edək ki, aprelin 5-də Ermənistanda Konstitusiya Məhkəməsinin əvvəlki hakimiyyətdən qalan hakimlərin səlahiyyətlərinin dayandırılması ilə bağlı mövcud Əsas Qanuna dəyişiklik edilməsi üçün referendumun keçirilməsi planlaşdırılmışdı. Ümumxalq səsverməsinə çıxarılacaq layihə hakimlərə 70 yaşadək, hər birində 6 il müddətinə 2 dəfə Konstitusiya Məhkəməsinə üzv seçilmək hüququ veriləcək. Ancaq koronavirusla bağlı yaranmış vəziyyət referendumun qeyri-müəyyən müddətə təxirə salınmasına səbəb olub.
Mütəxəssislər hesab edirlər ki, Ermənistanın baş naziri Nikol Paşinyan referendumda məğlub olacağından ehtiyatlanaraq pandemiya ilə bağlı yaranmış vəziyyəti əsas götürüb məsələni parlamentdə həll etməyə üstünlük verib. Bir müddət əvvəl hökumət bildirib ki, Konstitusiya Məhkəməsi ilə bağlı yaranmış vəziyyətə dair qərar pandemiya başa çatanadək referendum yolu ilə deyil, parlamentdə qəbul ediləcək/Report.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı