Elçiliyə gedən 9 nəfər koronavirusa yoluxub

img

21-06-2020 [18:07]


Türkiyədə Manisadan bir ailə Kütahyadan digər ailəyə elçiliyə gedib. Elçilikdən sonra 9 nəfər yeni növ koronavirusa yoluxub.

Bu barədə Kütahyanın Tavşanlı kaymakamı məlumat yayıb.

Məmur bildirib ki, Tavşanlının Tepecik qəsəbəsində elçilik mərasimindən sonra qızları istənilən ailənin bir neçə üzvündə COVID-19 əlamətləri aşkarlanıb. Rayon Səhiyyə Müdürlüynün apardığı “filyasyon” (COVID-19 aşkarlanan şəxslə ünsiyyətdə olan  şəxslərdə müayinə aparılması) əməliyyatı nəticəsində 6 yaşayış binasında yaşayan və qohumluq əlaqələri olan 9 nəfərdə koronavirus müəyyən edilib.

Binalar karantinə alınıb, Vəfa Dəstək Qrupu və rayon Jandarma qurumu, binanı nəzarətə götürüb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA