Belarusda son sutkada koronavirusa daha 663 nəfər yoluxub

img

17-06-2020 [14:33]


Belarusda son sutkada koronavirusa daha 663 yoluxma, 6 ölüm faktı qeydə alınıb.

“RİA Novosti” xəbər verir ki, məlumatı Belarusun Səhiyyə Nazirliyi yayıb.

Ölkədə yoluxanların ümumi sayı 56 032-yə, ölənlərin sayı isə 324-ə çatıb.

Məlumata görə, pandemiyadan 32 735 pasiyent sağalıb.

Qeyd edək ki, bir müddət əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə koronavirusun ikinci dalğasının başlayacağı barədə xəbərdarlıq edərək daha ciddi hazırlıq işləri görməyi tapşırmışdı.

Belarus əhalisinin sayı 9 475 174 nəfərdir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA