Qazaxıstanda bir neçə nazir koronavirusa görə özünütəcrid edib

img

16-06-2020 [10:45]


Qazaxıstanda bir neçə nazir koronavirusa görə özünütəcrid edib.

Bunu ölkənin Ekologiya, Geologiya və Təbii Ehtiyatlar Nazirliyinin Mətbuat katibi Samal İbrayev bildirib.

Onun sözlərinə görə, ekologiya, geologiya və təbii ehtiyatlar naziri Maqzum Mirsaqaliyev özünütəcrid şəraitindədir: “O bütün işgüzar müşavirələri və danışıqları onlayn rejimdə keçirir”.

Bundan başqa, təhsli və elm naziri Asxat Aymaqambetov, kəndə təsərrüfatı naziri Saparxan Omarov və daha bir neçə məmur özünütəcrid rejiminə keçib. Onlar koronavirusa yoluxan səhiyyə naziri ilə birlikdə səfərdə olublar.

Qeyd edək ki, Qazaxıstanın səhiyyə naziri Eljan Birtanov koronavirusa yoluxub və hospitalda müalicə olunur/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA