Ukrayna da uçuşları bərpa edir

img

12-06-2020 [16:31]


Ukrayna Nazirlər Kabineti hava limanlarında əcnəbilər üçün buraxılış məntəqələrinin 15 iyun tarixindən açılacağı barədə qərar verib.

“Report” xəbər verir ki, hökumətin növbədənkənar iclasında verilən bu qərar COVID-19 virusunun çox yayıldığı ölkələrin vətəndaşı olmayan, yaxud bu cür ölkələrdə son 14 gün ərzində olmamış şəxslərə şamil edilir.

Ölkənin infrastruktur naziri Vladislav Krikliy sözügedən qərarla hava nəqliyyatı müəssisələrinin fəaliyyətinin bərpa olunacağını, beynəlxalq uçuşların davam etdiriləcəyini qeyd edib.

Bundan əvvəl Ukrayna hökuməti 15 iyun tarixindən Türkiyə, Yunanıstan, Kipr, Gürcüstan hava limanlarına uçuşların açılacağını bildirmişdi. Ölkədə daxili təyyarə səfərləri isə iyun ayının 5-dən başlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA