Türkiyə ilə Rusiya arasında uçuşlar iyulun 15-dən bərpa oluna bilər

img

11-06-2020 [17:55]


Türkiyə Rusiyaya müntəzəm uçuşların iyulun 15-dən etibarən bərpa olunmasını gözləyir və hazırda Rusiya tərəfindən təsdiq gözləyir.

"RİA Novosti”nin verdiyi məlumata görə, İstanbul və Ankara hava limanlarından beynəlxalq reyslər koronavirus pandemiyası səbəbindən 2,5 aylıq fasilədən sonra bərpa edilib. Belə ki, artıq Türkiyədən Almaniya, Böyük Britaniya və Hollandiyaya uçuşlar həyata keçirilir.

Türkiyə ilə Qazaxıstan arasında hava əlaqələrinin iyunun 20-də, Ukrayna və Belarus ilə iyulun 1-dən, ABŞ-a isə sentyabrın 1-dən bərpa olunacağı gözlənilir.

Qeyd edək ki, vətəndaşlıqdan asılı olmayaraq Türkiyəyə gələn bütün sərnişinlər sağlamlıq müayinəsindən keçirilir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA