Çavuşoğlu: “Aya-Sofya ilə bağlı heç bir ölkə Türkiyəni ittiham edə bilməz”

img

11-06-2020 [13:38]


“Aya-Sofya qətiyyən beynəlxalq müstəvidə müzakirə ediləcək mövzu deyil. Bu, milli suverenlik məsələsidir”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.

O bildirib ki, Aya-Sofya ilə bağlı heç bir ölkə Türkiyəni ittiham edə bilməz: “1453-cü ildə İstanbulun fəthi ilə Osmanlının əmlakı olan Aya-Sofya Türkiyənin mülkiyyətindədir. ABŞ irqçilik, müsəlman düşmənçiliyi, ksenofobiya problemlərinin həllini düşünməlidir. 1972-ci ildə UNESCO-da qəbul edilən sazişə görə, hər hansı bir mülkiyyətin tarixi quruluşuna toxunmadan onu məscid və ya başqa bir şəkildə istifadəyə verilməsi əmlak sahibinin öz hüququdur”.

Nazir qeyd edib k, Aya-Sofiyanın məscid kimi istifadəyə verilməsi ilə bağlı Dövlət Şurası qərar verəcək: “Şuranın qərarını gözləyirik”.

M. Cavuşoğlu Yunanıstanın bu məsələdə mövqeyini də şərh edib: “Dini inanc mövzusunda dünyaya dərs verə biləcək ən sonuncu ölkələrdən biri Yunanıstandır. Avropada müsəlmanların ibadəti üçün məscidin olmadığı yeganə paytaxt Afinadır”.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA