Belarusun yeni Baş Naziri bəlli oldu

img

11-06-2020 [13:16]


Belarus parlamentinin aşağı palatasının (Nümayəndələr palatası) deputatları Roman Qolovçenkonun Baş Nazir postuna namizədliyini təsdiqləyiblər. 

“RİA Novosti”nin verdiyi xəbərə görə, qərar Nümayəndələr palatasının bugünkü iclasında qəbul edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko 2018-ci ildən Sergey Rumasın rəhbərlik etdiyi hökumətin istefası ilə bağlı sərəncam imzalayıb. İyunun dördündə isə prezidentin müvafiq qərarı ilə Baş Nazir vəzifəsinə R. Qolovçenko təyin olunub. O, bundan əvvəl Dövlət Hərbi-Sənaye Komitəsinə rəhbərlik edirdi. Konstitusiyaya görə, yeni Baş Nazirin namizədliyini parlament təsdiq etməlidir/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA