Ermənistan parlamentindəki iki fraksiya Paşinyanın istefasını tələb edir

img

09-06-2020 [13:13]


Ermənistan parlamentində təmsil olunan ikinci böyük siyasi qüvvənin - müxalif Çiçəklənən Ermənistan Partiyasının (ÇEP) sədri Qaqik Tsarukyan Baş Nazir Nikol Paşinyan və onun hökumətinin istefasını tələb edib.

“İnterfaks” xəbər verir ki, onun fikrincə, hazırkı hökumətə vədlərini yerinə yetirmək üçün vaxt verilib, amma onlar bunu yerinə yetirməyib.

“İnvestisiya yoxdur, iqtisadiyyat inkişaf etmir, koronavirusla mübarizə uğursuz oldu”, - Q.Tsarukyan söyləyib.

Eyni zamanda, parlamentdəki üçüncü ən böyük siyasi qüvvə olan İşıqlı Ermənistan Partiyası (İEP) da hökumətin ölkədə islahatlar aparmağa qadir olmadığını hesab edir. 

İEP-dən ÇEP ilə danışıqlar aparılmadığı, lakin bunun istisna da təşkil etmədiyi vurğulanıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA