"Köməkçilərimə söylədim ki, istəyirəm xəstələnim..." - Zelenskidən maraqlı açıqlama

img

09-06-2020 [11:24]


Ukrayna Prezidenti Vladimir Zelenski qəsdən koronavirusa yoluxmaq istədiyini söyləyib.

V.Zelenski bu barədə “Ukrainska pravda” qəzetinə müsahibəsində bildirib.

“Bunu öz üzərimdə yaşamaq istəyirdim. Köməkçilərimə söylədim ki, istəyirəm xəstələnim, təcrid olunum, sağalandan sonra isə hamı bunun elə də qorxulu virus olmadığını görsün. Amma sonda buna getməkdən imtina etdik. Ailəm də məni bağışlamazdı, deyərdilər ki, ağlını itirib”, - o, deyib.

Qeyd edək ki, Ukraynada son məlumatlara görə, 27 462 yoluxma hadisəsi təsdiqlənib, 12 mindən çox xəstə sağalıb və 797 nəfər ölüb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA