Gürcüstana beynəlxalq aviareyslər bərpa olunur

img

08-06-2020 [16:43]


Gürcüstana beynəlxalq aviareyslər iyulun 1-də bərpa ediləcək.

Bu barədə “Mtavari Arxi” telekanalı məlumat yayıb.

Bildirilib ki, həmin tarixdən etibarən Gürcüstan epidemik vəziyyətin sabit olduğu ölkələr üçün hava məkanını açacaq.

Bununla yanaşı, Gürcüstanın hava limanları yeni qaydalar əsasında fəaliyyət göstərəcək, turistlərin ölkəyə buraxılmasına ciddi nəzarət ediləcək.

Qeyd edək ki, Gürcüstan iyulun 1-dən xarici turizmi bərpa etməyi planlaşdırır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA