Ermənistan iqtidarında nə baş verir? - Daha bir yüksək vəzifəli istefa verdi

img

08-06-2020 [15:44]


Ermənistanda daha bir yüksək vəzifəli şəxs istefa verib. 

Məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəisi Eduard Martirosyan prezident Armen Sarkisyana vəzifədən azad olunmaqla bağlı ərizə yazıb.

Məlumata görə, Ermənistan mətbuatında onun istefa verəcəyi ilə bağlı şayiələr 1 aydır gəzirdi.

Qeyd edək ki, Eduard Martirosyan ötən il sentyabrın 19-da Artur Vanesyanın istefasından sonra Milli Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsini icra etməyə başlayıb. O yalnız bu ilin martın 19-da bu vəzifəyə təyin edilmişdi/Report. 

Onu da xatırladaq ki, bu gün Ermənistan ordusunun Baş qərargah rəisi ilə Daxili işlər naziri də istefa veriblər.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA