Ermənistanın Daxili işlər naziri də istefa verdi

img

08-06-2020 [15:40]


Ermənistanın polis rəisi (daxili işlər naziri) Arman Sarkisyan istefa verib.

“Sputnik Armeniya” bildirir ki, o, işdən çıxmaqla bağlı Ermənistan prezidenti Armen Sarkisyana ərizə yazıb. 

Bildirilib ki, A.Sarkisyan 2018-ci ilin mayında “inqilabdan” sonra Ermənistan polisinin rəisi Valeri Osipyanın birinci müavini təyin edilib. 2019-cu ilin sentyabrında V.Osipyan istefa verdikdən sonra o, polis rəisi səlahiyyətlətinin müvəqqəti olaraq icrasına başlayıb.

A.Sarsikyanın 41 yaşı var. O, Ermənistan Daxili İşlər Nazirliyinin Ali məktəbini bitirib.

Qeyd edək ki, iyunun 8-də Ermənistan Silahlı Qüvvələri Baş qərargahının rəisi Artak Davtyan və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan istefa verib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan KİV-i hökumətdə ciddi dəyişikliklərin olacağı barədə məlumt yaymışdı/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA