“Qarabağda anti-terror əməliyyatı labüddür” - Tərəqqi Partiyasının sədr əvəzi
08-06-2020 [13:57]
“Ermənistanda və separatçı rejimdə daxili və xarici vəziyyət günü-gündən pisləşərək daha acınacaqlı vəziyyət halına düşdüyü üçün bizləri vadar edir ki, bundan gecikmədən istifadə edərək düşmənə hərtərəfli zərbələr endirək, onları bu böhranlı, daxili çəkişmələr vəziyyətindən çıxmağa imkan verməyək”.
Bu sözləri Mia.az-a Azərbaycan Tərəqqi Partiyasının sədr əvəzi Vilayət Həsənov bildirib.
O qeyd edib ki, pandemiyanı Paşinyan və hətta eks prezidentləri Ter-Petrosyan ölkə üçün müharibə vəziyyəti hesab edirlər və dövrü milli barışıq, həmrəylik, daxili çəkişmələrə son vermək üçün həyati əhəmiyyətli məsələ hesab edirlər: "Dünən isə əvvəllər Serj Sarkisyanla yaxşı münasibətləri olan, Paşinyanın rəqibinə üstün gəldiyini anladıqdan və havadarları tərəfindən təlimat aldıqdan sonra partiyası və deputat komandası ilə birlikdə Paşinyana hərtərəfli dəstək verən Çiçəklənən Ermənistan partiyasının lideri, hazırki erməni parlamentində 132 deputatdan 26-sı ilə təmsil olunan, rusiyayönümlü Qaçik Çarukyan hazırki hökumətə qarşı çox sərt bəyanatla çıxış edib. (Həmçinin İşıqlı Ermənistan Partiyasının 18 deputatla parlamentdə təmsil olunan rəhbəri qərbyönümlü Marukyan da Paşinyan iqtidarına qarşı sərt mübarizə aparır.) Q.Çarukyan həm də Ermənistanda milyonlara sahib nüfuzlu və xeyriyyəçi iş adamı kimi tanınır.
O, bəyanatında deyir ki, "hökumətə həm zaman, həm də imkan verildi ki, xalqın gözlənilən ümidini doğrultsun, verdikləri sözə əməl etsinlər və s. Amma onlar idarəetməyə, məsul vəzifələrə səriştəsiz, təcrübəsiz, heç bir sahəyə rəhbərlik etməyə təcrübəsi və bacarığı olmayanları gətirdilər. Mən bunu il ərzində dedim ki, xalq və dövlət sınaq meydanı deyil. İndi bu uçurum 97 faiz yox 100 faizdir, çünki bütün sahələr fiaskoya uğrayıb".
Həmçinin, Ter-Petrosyanın dövründə Ermənistanın baş naziri olan Qrant Baqratyan da bu yaxınlarda müsahibə verərək bildirmişdi ki, “Mən Azərbaycanın yerinə olsaydım, 3-4 ay sonra nəinki Qarabağa, həm də Ermənistana hücum edərdim. Ölkə koronavirusa görə zəif vəziyyətdədir”.
Deməli, düşmən ölkədə daxili vəziyyət bizim xeyrimizə cərəyan edir. Xarici vəziyyətdə isə Paşinyanın eks prezident Koçaryanı və başqalarını həbsə atması, öz komanda üzvü MTX-nın rəhbəri olan Vanetsyanı vəzifədən uzaqlaşdırması (hansı ki, o da hazırda Paşinyana qarşı qatı müxalifət mövqedə duraraq yeni partiya yaradacağını bəyan edib) Rusiyanı qıcıqlandırmaya bilməz. Amma heç inandırıcı deyil ki, tarix boyu ermənilərin havadarı olan Rusiya Azərbaycana görə Ermənistanı əlindən buraxa! Olsa-olsa elə ermənilərin əli ilə Paşinyanı hakimiyyətdən uzaqlaşdırarlar. Azərbaycan isə bütün bu daxili və xarici fürsətlərdən ustalıqla yararlanıb öz ərazi bütövlüyünü təmin etməlidir".
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır
AzTV-də dəyişiklik - Nəcəf Həsənov direktor təyin olundu , Vəli Əkbər vəzifədən getdi
Vergi borcu olan “Qardaşlar Mebel” tenderdə qalib elan olunub- Sənəd
Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç olub
DTX Bakıda səfirliyə hücumun qarşısını alıb, həbslər var - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (VİDEO)
Bu gündən məktəblərdə qış tətili başlayıb
Xırdalanda anbar yanıb
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR
"XƏYAL QURMAYAQ, ABŞ-ın NÜVƏ ÇƏTİRİNİ DƏ İTİRƏRİK" - NATO Baş katibi Avropa liderlərinə açıq tribunadan elə mesaj verdi ki...
Söyüşə görə TV-dən qovulan tanınmış jurnalistin yeni iş yeri bəlli oldu: "Həyəcanlıyam"
Qvardiola "Qalatasaray"la oyunla balı azarkeşlərə səsləndi: "Dəstəyinizə ehtiyacımız var"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir "TikToker" həbs edildi
Space TV-də gərginlik - "Götürmür, cəhənnəmə götürsün" (VİDEO)
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir
AGENTLİKDƏ YEYİNTİYLƏ BAĞLI KOMPROMAT: Zaur Mikayılovun məmur qardaşı ilə bağlı əmrinin görünməyən tərəfləri...
Narkotik testi pozitiv çıxdı, "Təşkilat"dan uzaqlaşdırıldı
Sosial şəbəkələrdə qanunu pozan paylaşımlar... - Prezident cəza hallarını təsdiqlədi
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib
Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı