Zelenski yeni görüş anonsu verdi: "Bu həftə üçtərəfli danışıqlara hazırlaşırıq"

img

26-01-2026 [19:37]


"Müharibəyə son qoymaq üçün bu həftə ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqların davamına hazırlıq gedir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenski bildirib ki, ötən həftə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyəti ilə Kiyevdə görüşüb: "Onlardan Əbu-Dabidəki danışıqlar barədə detallı məlumat aldım. Təəssüf ki, danışıqlarda hələ də razılaşma yoxdur. Proses çətin siyasi məsələlər ətrafında davam edəcək".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA