Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
26-01-2026 [15:20]
Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimovun apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Musavat.com bildirir ki, Tağı İbrahimovla yanaşı, ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayev də barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti verib.
Hər iki şəxs cəzanın dəyişdirilməsini və daha yüngül cəza təyin olunmasını istəyir. Dövlət ittihamçısı da apellyasiya protesti təqdim edib, cəzanın ağırlaşdırılmasını istəyir.
Xatırladaq ki, ötən il yanvarın 15-də paytaxtın Binəqədi rayonunda “Bakı Ağac Emalı” ASC-nin ərazisində yerləşən mebel emalatxanalarında yanğınla müşayiət olunan partlayış baş verib. Nəticədə 10 nəfər ölüb, 23 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. İbtidai istintaqla müəyyən edilib ki, ASC-nin faktiki sahibi Tağı İbrahimov və müəssisədə inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayev üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozublar. Nəticədə 10 nəfərin ölümünə, 23 nəfərin xəsarət almasına, habelə müəssisə ərazisində olan əmlaka və ətraf mühitə maddi ziyan vurulub və digər ağır nəticələrə səbəb olunub. Bundan əlavə, istintaq Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına dair əsaslı şübhələr də müəyyən edib. Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib.
Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır. Ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə iclası fevralın 5-də davam etdiriləcək.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SƏHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi - DETALLAR
Kamran Əliyev Manamada işgüzar səfərdə olub
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)
Xocalı rayonunun iki kəndinə növbəti köç olub
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Nazir generalın qardaşını təqaüdə göndərdi
TƏBİB-in keçmiş sədri QHT rəhbəri oldu
Deputat Səməd Seyidovun kürəkəni vəzifəyə təyin edilib
Keçmiş vəkil həbs edilib - Səbəb
Prezident İlham Əliyev general-qubernatora məktub ünvanlayıb - MƏTN
Şəhid şair Bəhmən Abuzəroğlunun xatirəsi yad edildi - FOTOLAR
Bakıda narkokuryer 10 kq narkotiklə tutulub
QIZIL REKORD HƏDDƏ BAHALAŞDI - QİYMƏTLƏR
Bakıda məşhur hoteldə ofisiant iş yoldaşını öldürüb
ƏMƏK PENSİYALARI BU QƏDƏR ARTIRILACAQ - Deputat məbləği açıqladı
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
İranda etirazlar davam edir - Ölənlərin sayı 5848-ə çatıb
Göygöl rayonunda 26 yaşlı gənc 37 yaşlı kişini öldürüb
İsrail Livana yenə zərbələr endirib
Bakıda yaşlı qadın öldürülüb
"Bizimlə donuzdan da pis rəftar edirdilər" - Azərbaycanlı əsir Rusiyanı biabır etdi
Çində dünyanı silkələyən skandal: məşhur general nüvə sirlərini ABŞ-a satıb - Cinayət işi açılıb
Türkiyədə zəlzələ olub - 4.4 bal gücündə
Bu gün magistraturaya sənəd qəbulu başa çatır
Komitə məscidlərə 4 qadın dini ayin icraçısı axtarır