İmişlidə dəhşətli hadisə: 67 yaşlı kişini öldürüb sonra evini oda veriblər

img

26-01-2026 [20:13]


İmişlidə yanan evdə meyiti tapılan şəxsin qətlə yetirildiyi ehtimal edilir.

Mia.az-ın APA-ya istinadla verdiyi məlumata görə, Qaradonlu kənd sakini, 69 yaşlı Sədrəddin Fərəcovun qətlə yetirildiyi, daha sonra evin yandırıldığı bildirilir.

Məlumata görə, faktla bağlı İmişli rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma gedir.

Qeyd edək ki, İmişli rayon sakininə məxsus 3 otaqlı evdə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğın yerinin kəşfiyyatı zamanı kişi meyiti aşkarlanıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon mərkəzinə yerləşdirilib. Ölən şəxsin həmin evdə kirayədə yaşayan İmişli rayonunun Qaradonlu kənd sakini Sədrəddin Qüdrət oğlu Fərəcov olduğu müəyyən edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA