"Xalqın siyasətçilərə qarşı olub-qalan hörmətini belə ayaqlar altına atmaq nəyə lazım idi?" - Partiya sədri
18-05-2020 [16:59]
"Milli Şuranın Koordinasiya Mərkəzinin son onlayn müzakirələrində səslənən təhqirlər və ümumiyyətlə, orada bir araya gələn siyasi qüvvənin etik səviyyəsi, əxlaqi durumu əslində bütün siyasətçiləri düşündürməli və cəmiyyəti də ciddən narahat etməlidir. Siyasətçiləri nə üçün düşündürməlidir?
Ən azından sabah onların da “Milli Şura”nın KM-də təmsil olunan siyasətçilərin səviyyəsinə düşməmələri və eyni aqibəti yaşamamaları üçün düşünməlidirlər".
Bu sözləri Mia.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.
Partiya sədri bildirib ki, söhbət müxalifət və ya iqtidar düşərgəsində təmsil olunmasından asılı olmayaraq bütün siyasətçilərdən gedir: "Həmçinin, siyasətçiləri düşündürməli olan digər bir məqam isə “Milli Şura”nın Koordinasiya Mərkəzinin məlum onlayn müzakirəsi zamanı havada uçuşan söyüşlərin, təhqirlərin, həqarətli münasibətlərin siyasətə maraq göstərən, siyasi karyera qurmaq istəyən insanların (xüsusən də gənclərin) siyasətdən iyrənməsinə, diksinməsinə səbəb ola bilməsidir. İnsanlarda kütləvi siyasi apatiya əhvali-ruhiyyəsinin, biganəliyin baş qaldırması məhz bu cür amillərdən doğur".
Partiya lideri bildirib ki, illərdir iqtidarın üzərinə sağdan da, soldan da hücuma keçən, dövlətə və hakimiyyətə qarşı cürbəcür əsassız ittihamlar səsləndirən, amma bütün bunlara görə heç bir məsuliyyət daşımayan “Milli Şura” qurumun cinsi azlığın nümayəndəsi olan xaricdəki məlum bloggeri əvvəlcə “üzdəniraq”, “kişi q.si” və sair “epitet”lərlə təhqir edib, sonra isə ondan təcili qaydada üzr istəməsi doğrudan da cəmiyyətin dərin bir narahatlıq və narazılıq hissi ilə qarşıladığı bir hadisədir: "Cəmiyyətə və xaricdəki ağalarına (qrantverənlərinə) özlərini Azərbaycanın “ana müxalifət”i, “aparıcı müxalifət”i kimi sırımağa çalışan “Milli Şura”nın bircə nəfər cinsi azlıq nümayəndəsinin əks-hücumu qarşısında bu cür aciz duruma düşüb mənəvi-psixoloji baxımdan darmadağın olması, eləcə də istefalarla üzləşməsi siyasi tariximiz üçün də utancverici bir hadisə, üzqarası sayıla biləcək bir presedentdir. Siyasəti bu qədər iyrəncləşdirmək olmazdı. Bu rəzaləti görən fəal gənclər bundan sonra siyasətə üz tutarlarmı? Onsuz da siyasəti ən qədim “peşə” ilə - fahişəliklə eyniləşdirən insanların çoxluq təşkil etdiyi bir cəmiyyətdə “Milli Şura”nın onlayn müzakirəsində baş verən rüsvayçı epizodları izlədikdən sonra siyasətdə əxlaqın mövcud olmasına, siyasətçilərin normal, abırlı insan olmalarına kim inanar ki? Xalqın siyasətə, siyasətçilərə qarşı olub-qalan hörmətini, inamını bu cürə saymazyana bir şəkildə ayaqlar altına atmaq axı nəyə lazım idi?
Bu hadisədən sonra özündə az da olsa güc tapıb bu qurumun sıralarından istefa verən kinorejissor Eldəniz Quliyevin yazdığı bir cümlə “Milli Şura”nın başbilənlərinin, “müdrik”lərinin üzünə şillə kimi çırpıla biləcək cümlədir:“Yəni homoseksualların dərdi, yaxud himayəsi bu qədər qiymətlidir ki, xalqın bizə olan az-çox hörmətini və son ümidlərini itirmək bahasına da olsa, belə taleyüklü məsələləri görməzdən gələk?! Şəxsən mən bu sayaq yanaşmanı kökündən səhv və qərəzli saydıram”. Bəli, Eldəniz Quliyev bu yanaşmanı kökündən səhv və qərəzli saydığına görə öz abrına, həyasına qısılır və istefa verir. Bəs Əli Kərimli, Cəmil Həsənli? Bəs az qala müxalifətin “müqəddəs mələyi” kimi təqdim edilən Gültəkin Hacıbəyli? Onlar nə üçün istefa vermirlər? Bu adamlar bu boyda rəzalətdən sonra da axı necə özlərini guya heç nə baş verməyibmiş kimi aparırlar? Onlar bundan sonra hansı üzlə xalqın qarşısına çıxacaqlar? Cəmil Həsənli-Əli Kərimli cütlüyünün liderlik, öndərlik etdiyi bu tərbiyəsiz dəstənin hakimiyyətə iddialı olması cəmiyyətdə gerçəkdən də böyük bir narahatlıq hissi doğurur. Və bu gedişlə cəmiyyət yəqin ki, elementar ədəb-ərkan hissindən məhrum olan bu marginalları böyük siyasət səhnəsindən tamamilə süpürüb atacaq. İnsanları siyasətdən iyrəndirənlərə nə siyasətdə, nə də cəmiyyətdə yer ola bilməz!".
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır
AzTV-də dəyişiklik - Nəcəf Həsənov direktor təyin olundu , Vəli Əkbər vəzifədən getdi
Vergi borcu olan “Qardaşlar Mebel” tenderdə qalib elan olunub- Sənəd
Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç olub
DTX Bakıda səfirliyə hücumun qarşısını alıb, həbslər var - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (VİDEO)
Bu gündən məktəblərdə qış tətili başlayıb
Xırdalanda anbar yanıb
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR