"Nazir həbs edilmişdi, indi çıxıb olub müxalifətçi..." - Partiya sədri son həbslərdən danışdı
15-05-2020 [13:00]
Ölkədə rüşvətxor məmurların həbsi davam edir. Burada hələlik aparıcı yeri icra başçıları tutur. Lakin bu o demək deyil ki, DTX-nın keçirdiyi əməliyyatlar təkcə icra başçılarının həbsi ilə məhdudlaşır.
Belə ki, artıq Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov da həbs edilib. İki gün əvvəl İsə DSX-nın üç rütbəli zabiti saxlanılıb.
Mia.az mövzu ilə bağlı Yenisabah.az-ın Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadəylə müsahibəsini təqdim edir:
- Araz bəy, bildiyiniz kimi, DTX tərəfindən rüşvətxor və korrupsioner məmurlara qarşı əməliyyatlar həyata keçirilib, artıq 5 icra başçısı, Mədəniyyət nazirinin müavini və digər rütbəli şəxslər həbs olunub. DTX-nın həyata keçirdiyi bu həbsləri necə qiymətləndirirsiz?
- Mən bunu müsbət qiymətləndirirəm. Dövlətə, xalqın mənafeyinə zidd hərəkət edənlər bilməlidirlər ki, öz layiqli cəzalarını alacaqlar. Bunu çoxdan eləmək lazım idi.
- Beş ay bundan əvvəl Ağstafanın icra başçısı həbs olundu, amma digər icra başçıları yenə də öz əməllərindən əl çəkmədilər. Bunun səbəbi nədir? Niyə bir məmurun həbsi digərlərinə görk olmur?
- Ağıllı adam özgələrinin səhvindən dərs çıxarır, əbləh adam isə heç öz səhvlərindən də nəticə çıxarmır. Deməli, bu kadrlar yerləşdiriləndə səhvlik olub.
- Bu kadrların təqdimatını kim verib? Necə olub ki, onlar yüksək postlara sahiblənə biliblər?
- Kadrların yerləşdirilməsi böyük bir prosesin nəticəsində baş verir. Onlar bir gündə, beş gündə vəzifəyə təyin olunmurlar.
- Hesab edirsiz ki, onlar “köhnə qvardiya” deyilən keçmiş oliqarx-məmurların kadrlarıdır?
- Onları işə götürəndə hərtərəfli yoxlamalar aparılıb. Deməli, kimsə vaxtında öz vəzifə borcunu düzgün yerinə yetirməyib.
- Araz bəy, sizcə, bu həbslər ölkədə korrupsiyanın kökünü tamamilə kəsəcək?
- Bəli, ümid edirəm ki, elə olacaq.
- Şəffaf cəmiyyət qurmaq, məmurların xalqa xidmət etməsini təmin etmək üçün başqa hansı addımlar atılmalıdır? Partiya sədri kimi təklifləriniz nədən ibarətdir?
- Hər kəs özündən başlamalıdır, hər kəs öz əməllərinə cavab verməlidir və dərk etməlidir ki, xalqın qarşısında məsuliyyət daşıyır. Əgər xalqı, vətəni sevmirlərsə, əldən heç nə gəlmir. Quyuya su tökməklə quyuda su olmaz.
- Belə bir iddia var ki, həbs edilənlər kilkələrdir. Obrazlı desək, akulalar, yəni daha yüksək rütbəli məmurlar həbslərdən kənarda qalırlar. Siz bu iddialarla razısınızmı? Bu həbslərin yüksək rütbəliləri də əhatə etməsini gözləyirsinizmi?
- Nazir müavini, icra başçıları həbs edilib. Daha hansı yüksək vəzifəli şəxslərin həbs olunmasını istəyirlər? Nazir həbs edilmişdi, indi çıxıb olub müxalifətçi... Odur ki, bu, onunla bağlı məsələ deyil, kim rüşvət alır, o da həbs edilir. Rüşvət xərçəng kimi bir xəstəlikdir, onun qarşısını almaq üçün gərək çox sərt tədbirlər görülsün. Hər kəs bilməlidir ki, gec-tez haqq yerini tapacaq.
- Sizin fikrinizdən bu qənaətə gəlmək olar ki, hansısa yüksək rütbəli şəxsi həbs eləsələr, çıxdıqdan sonra müxalifətə qoşulub, hakimiyyətə qarşı çıxış edəcək?
- Hər halda təcrübə bunu göstərir ki, Fərhad Əliyevdən başqa həbsdən çıxanların hamısı müxalifətə qoşulub.
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır
AzTV-də dəyişiklik - Nəcəf Həsənov direktor təyin olundu , Vəli Əkbər vəzifədən getdi
Vergi borcu olan “Qardaşlar Mebel” tenderdə qalib elan olunub- Sənəd
Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç olub
DTX Bakıda səfirliyə hücumun qarşısını alıb, həbslər var - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (VİDEO)
Bu gündən məktəblərdə qış tətili başlayıb
Xırdalanda anbar yanıb
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR