Güc birlikdədir! - YAP Nəsimi Rayon Təşkilatının Gənclər Birliyinin üzvü yazır
14-05-2020 [11:06]
Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və cənab prezident İlham Əliyevin uzaqgörən və müdrik rəhbərliyi ilə uğurla davam etdirilən həm daxili,həm də xarici siyasət sayəsində ölkəmiz günbəgün inkişaf edir və daha da güclənir.
Dövlət başçımızın diqqət və qayğısı nəticəsində son illər respublikamızda insan hüquq və azadlıqlarının qorunması istiqamətində ciddi işlər görülmüş və bu yöndə işlər hal-hazırda da davam etdirilir. Respublikamızda aparılan çoxşaxəli islahatlar və gənclərin müxtəlif vəzifələrə təyin olunması deməyə əsas verir ki, cənab prezidentimizin siyasətinin əsasını Azərbaycan vətəndaşları tutur. Görülən işlər, cənab prezidentin apardığı kadr islahatları hər bir dövlət qurumunun qarşısına ümdə vəzifələr qoyur. Aparılan islahatlar imkan verir ki, yeni peşəkar, bilikli, müasir kadrlar irəli çəkilsin və onlara məsul vəzifələr həvalə edilsin. Cənab prezident hər zaman çıxışlarında gənc kadrların bütün sahələrdə təmsil olunmasını bildirmişdir. Həm də qeyd etmişdir ki, təcrübəli kadrlar öz təcrübəsini gənc kadrlarla bölüşməlidirlər.
Bütün dünyanı cənginə alan koronavirus pandemiyasının tüğyan etdiyi bir zamanda həm virusun ölkəmizdə geniş yayılmasının qarşısının alınması üçün atılan təxirəsalınmaz tədbirlərlə yanaşı islahatların da həyata keçirilməsinə möhtərəm prezidentimizin uzaqgörən müdrik siyasəti nəticəsində nail olunur. Belə bir təlatümlü günlərdə artıq bir daha xalqla cənab prezidentin birliyi sübut olundu. Bu birlik nəticəsində artıq pandemiyanın qarşısı alınmaq üzrədir.
Hər bir Azərbaycan gənci qürur hissi keçirir ki, böyük dövlətlərin qarşısında aciz qaldıqları koronavirus pandemiyasının qarşısı Azərbaycanda uğurla alınır. Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra xarici ölkələr artıq bizim təcrübəmizi bəyənir və yayılmasını təklif edirlər.
Günü-gündən ölkəmizin beynəlxalq imicinin artmasının nəticəsidir ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatlara və qurumlara sədrlik edir. 2011-ci ildə Qoşulmama hərəkatının tam hüquqlu üzvü olmağımıza baxmayaraq ölkəmizə göstərilən etimadın nəticəsidir ki, 2019-2022-ci illər üzrə sədrlik Azərbaycana həvalə edilmişdir. Cənab Prezidentin nüfuzu sayəsində may ayının 4-də 40-a yaxın dövlətin rəhbər şəxslərinin iştirakı ilə videokonfrans keçirilmişdir. Etiraf etmək lazımdır ki, bu videokonfransın keçirilməsinə İlham Əliyevin nüfuzu sayəsində nail olunmuşdur. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, əldə olunan uğurların günü-gündən artmasına, müstəqil respublikamızın beynəlxalq nüfuzunun güclənməsinə baxmayaraq tutduqları vəzifələrdən öz mənafeləri üçün istifadə edən rüşvətxor şəxslər də bizim aramızda vardır. Həmin şəxslərə qarşı cənab prezidentin tapşırığına əsasən Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ciddi tədbirlər aparılır. Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə vəzifəli şəxslərə müvafiq
tapşırıqların və iradların tutulmasına baxmayaraq son günlər baş verənlər dövlətimizin mənafeyinə ciddi zərbə vurur. Biz belə kadrlardan yaxa qurtarmaq üçün cənab prezidentin ətrafında sıx birləşməliyik.
Tarix göstərmişdir ki, birlik sayəsində bütün nöqsanları aradan qaldırmaq, yeni-yeni uğurlara nail olmaq olur. Əminəm ki, Azərbaycan gəncliyi bu məsuliyyəti dərk edərək cənab prezidentin ətrafında daha sıx birləşəcəkdir.
Aygül Orucova,
YAP Nəsimi Rayon Təşkilatının Gənclər Birliyinin üzvü
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır
AzTV-də dəyişiklik - Nəcəf Həsənov direktor təyin olundu , Vəli Əkbər vəzifədən getdi
Vergi borcu olan “Qardaşlar Mebel” tenderdə qalib elan olunub- Sənəd
Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç olub
DTX Bakıda səfirliyə hücumun qarşısını alıb, həbslər var - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (VİDEO)
Bu gündən məktəblərdə qış tətili başlayıb
Xırdalanda anbar yanıb
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR