Üç ölkənin Beynəlxalq münasibətlər üzrə komitələrinin onlayn iclası keçirilib - Səməd Seyidovdan açıqlama
12-05-2020 [17:25]
Bu gün Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidovun, Türkiyənin Böyük Millət məclisinin Xarici İşlər Komissiyasının rəhbəri cənab Volkan Bozkırın və Gürcüstan Parlamentinin xarici əlaqələr Komitəsinin sədri İrakli Beraianın iştirakı ilə üçtərəfli onlayn görüş keçirilib.
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov iclas ilə bağlı Mia.az-a açıqlama verib:
“İlk olaraq bunun üç ölkənin Beynəlxalq münasibətlər üzrə komitələrinin, onlayn rejimdə keçirilən ilk iclası olduğunu, ümumilikdə müvəffəqiyyətlə keçirilən iclasın təşkili üçün təşəbbüskar tərəf kimi Azərbaycana minnətdarlığın bildirildiyini qeyd etmək istərdim.
İclasda mövcud pandemiya dövründə məhdud imkanlar şəraitində üçtərəfli əlaqələrin genişlənməsinə dair fikir mübadiləsi aparıldı. Hər üç ölkənin komitə sədri çıxış edərək mövcud şərait ilə bağlı, ölkəsindəki məsələləri diqqətə çatdırdı. Öz növbəmdə Prezident İlham Əliyevin bu yaxınlarda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü və Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşündə təqdim etdiyi, Azərbaycanın COVİD-19 pandemiyası ilə mübarizə üsulları və təcrübəsi barədə məlumatı həmkarlarıma çatdırdım.
Bununla yanaşı, hazırda karantin rejiminin yumşaldılması ilə bağlı yarana biləcək problemlər məsələsi də gündəmə gətirildi. Tərəfimdən Operativ qərargah ilə Türkiyə və Gürcüstanda da fəaliyyət göstərən müvafiq qurumlar arasında əlaqənin yaradılması, bu istiqamətdə məsələlərin müzakirəsi təklif edildi.
Bundan başqa Parlamentin yalnız Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsinin deyil, eləcə də səhiyyə, mədəniyyət, sosial məsələlər üzrə komitələrinin, hətta gələcəkdə üçtərəfli Parlamentlərarası görüşlərinin keçirilməsi məsələsi də müzakirə edildi.
Müzakirə edilən mühüm məsələlərdə biri də ciddi müzakirə obyektinə çevrilən işğal altında olan ərazilərimizdə qeyri-qanuni seçkilərin keçirilməsi oldu. Hər iki həmkarım müddəalarında ölkənin ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, dövlətin suverenliyini ehtiva edilən 18-ci il Ankara protokolunu dəstəklədi.
Eyni zamanda, işğal olunmuş ərazilərdə keçirilmiş “seçkilər” ilə bağlı bəyanatı bir daha vurğuladıq, bunun dünya ictimaiyyətinə çatdırılmasının borcumuz olduğunu bildirdik. Bu məsələ üzrə də hər üç ölkənin komitə sədrləri razılığa gəldi.
Ölkələrimiz arasında əlaqələrin ümumi şəkildə inkişafı da aparılan müzakirə və fikir mübadiləsində öz əksini tapdı. Azərbaycan-Gürcüstan-Türkiyə arasında enerji layihələrinin, Bakı-Tbilisi-Qars dəmir yolunun daha operativ və səmərəli inkişafı, eləcə də üç ölkə arasında əlaqələrin genişlənməsi məsələləri müzakirə obyektinə çevrildi.
Həmçinin, beynəlxalq təşkilatlarda da birgə fəaliyyət göstərmə məsələsini də gündəmə gətirdik. Mən xüsusilə həm Türkiyə, həm Gürcüstana, həm də Azərbaycana qarşı tamamilə əsassız müdaxilələrin, təsirlərin qarşısını almaq üçün birgə fəaliyyət göstərməli olduğumuzu qeyd etdim. Bu qeyd də həmkarlarım tərəfindən müsbət qarşılandı.
Biz postpandemiya dövründə sərhədlərin açılması ilə turizmin inkişafı, gələcək münasibətlərimiz ilə bağlı müzakirələr də apardıq.
Görüşün sonunda Türkiyənin Böyük Millət məclisinin Xarici İşlər Komissiyasının rəhbəri cənab Volkan Bozkırın dəvəti ilə növbəti görüşün gələn il Ankarada keçirilməsinə dair razılığa gəldik”.
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır
AzTV-də dəyişiklik - Nəcəf Həsənov direktor təyin olundu , Vəli Əkbər vəzifədən getdi
Vergi borcu olan “Qardaşlar Mebel” tenderdə qalib elan olunub- Sənəd
Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç olub
DTX Bakıda səfirliyə hücumun qarşısını alıb, həbslər var - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (VİDEO)
Bu gündən məktəblərdə qış tətili başlayıb
Xırdalanda anbar yanıb
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR