Azərbaycan banklarında dollara tələb azalıb

img

05-05-2020 [13:10]


Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Mia.az Mərkəzi Banka istinadən xəbər verir ki, ABŞ dollarına tələb aprelin 30-na nisbətən 6,3 milyon ABŞ dolları və yaxud təxminən 9,1% azalaraq 62,9 milyon ABŞ dolları təşkil edib. Bununla belə, tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR