"Qazprom": "Avropada qaz anbarlarının çoxunda ehtiyat azalıb"

img

18-02-2026 [22:27]


Rusiyanın enerji şirkəti "Qazprom" Avropada təbii qaz anbarlarının ehtiyatının azaldığını iddia edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

Bildirilib ki, Avropada mövcud təbii qaz anbarlarında doluluq nisbəti 1/3 səviyyəyə enib: "Hətta bəzilərində qaz ehtiyatı daha da tüklənib...".

Şirkətin iddiasına görə, Avropanın ən böyük iqtisadiyyatına sahib olan Almaniya və Fransada anbarların doluluq nisbəti isə digər ölkələrlə müqayisədə daha da azalıb: "Bu iki ölkədə ümumAvropanın orta göstəricisindən aşağı qaz ehtiyatı var. Məsələn, Almaniyadakı anbarlardakı qaz ehtiyatı 23 faizə, Fransada isə 23,6 faizə düşüb. Bu iki ölkə qışa hazırlıq çərçivəsində toplanan ehtiyatı sürətlə istifadə ediblər. Hazırda qaz əvvəlki illərdə toplanmış ehtiyatlardan istifadə olunur. Bu isə çox uzaq prespektiv vəd etmir...".

Xatırladaq ki, Ukraynadakı müharibədən əvvəl "Qazprom" Avropanın ən böyük təbii qaz təchizatçısı olub. Şirkət Avropaya qaz tələbatının təxminən 40 faizini satırdı. Sanksiyalar səbəbindən ABŞ, Qətər və Norveç kimi mayeləşdirilmiş təbii qaz (LNG) təchizatçılarına müştərilərini itirən "Qazprom" 2024-cü ildə Avropaya təxminən 15 milyard kubmetr təbii qaz nəql edib. Halbuki,  2021-ci ildə isə bu rəqəm 201,7 milyard kubmetr idi...

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA