Bakının məşhur restoranlarında fantastik iftar qiymətləri - Siyahı
18-02-2026 [15:18]
Paytaxtın populyar restoranlarında iftar menyularının qiymətləri açıqlanıb.
Sabah Azərbaycanda Ramazan ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı Astrofizika Rəsədxanasına ünvanladığı sorğusuna əsasən, bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edəcək.
Ramazan ayının gəlişi ilə əlaqədar olaraq artıq Bakı şəhərində fəaliyyət göstərən bir çox məşhur restoran iftar menyularını təqdim ediblər.
Mia.az bildirir ki, İqtisadiyyat.az-ın araşdırmasına əsasən, həmin restoranlarda bir nəfər üçün nəzərdə tutulmuş iftar menyusunun fərqli qiymətləri müəyyənləşib.
Belə ki, Ramazan ayı boyunca aşağıdakı restoranlar üzrə iftar qiymətləri 20-120 manat arasında dəyişir.
"Four Season” hotelində yerləşən "Zafferano” restoranında iftar menyusunun bir nəfərlik qiyməti 120 manat təşkil edir. Burada iftar süfrəsinə minimum iki nəfər qəbul edilir.
Paytaxtın məşhur "Günaydın” restoranında bir nəfər üçün iftar menyusunun qiyməti 90 manatdır.
"Fairmont Baku”da yerləşən "Le Bistro” restoranında isə bir nəfərlik iftar menyusu 88 manata təklif olunur.
Xəqani küçəsindəki məşhur "Ağabala” restoranında bir nəfər üçün iftar menyusu 85 manat müəyyənləşib.
"The Ritz Carlton”nun "Tribeca” restoranında iftar menyusu bir nəfər üçün 85 manata təklif olunur.
"JW Marriot Abşeron Baku”da yerləşən "Fireworks Urban Kitchen” restoranında bir nəfər üçün iftar menyusunun qiyməti 80 manat, "Zest Lifestyle Cafe”də isə açıq bufet formatında 50 manat müəyyənləşib.
"Hilton”da yerləşən "Sky Grill” restoranında iftar menyusu 70 manata təklif olunur.
"Gizli Bahçe” restoranında da oruc tutan bir şəxsə iftar açmaq 70 manata başa gələcək. Burada 10%-lik servis haqqı da nəzərdə tutulub.
Xaqani küçəsində yerləşən "Prive Steak Gallery” restoranında iftar açmaq istəyən şəxs 45, 60 və ya 70 manat ödəməli olacaq. Eyni zamanda burada 10%-lik servis haqqı da var.
Bayraq Meydanının yaxınlığında yerləşən "Ruby 360 Baku” restoranında iftar menyusu bir nəfər üçün 45 manat təşkil edir. Buraya 10%-lik sevis haqqı da daxildir.
"Dreamland”da yerləşən "Green Lounge” restoranında bir nəfər üçün iftar menyusu 55 manat təşkil edir. Burada 7%-lik servis haqqı da mövcuddur.
"Baku Marriott Hotel Boulevard”da yerləşən "Black City Lounge” restoranında bir nəfər üçün iftar menyusu 48 manat təşkil edir.
Dənizkənarı Bulvar ərazisində yerləşən "The Gallery Baku” restoranında bir nəfərlik iftar süfrəsi 25-35 manat arasında dəyişir. Eyni zamanda bulvarda yerləşən "Sədəf” restoranında bir nəfərlik iftar süfrəsi 20 manata təklif olunur.
Bir nəfərin iftar açması "Torqovı”da yerləşən "Societe Baku”da 50-70 manata, "Central Baku”da 44 manata, "Caravan Baku”da 25 manata, "Firuzə” restoranında isə 28,5 manata başa gələcək.
İçərişəhərdə yerləşən "Shak Garden” restoranında bir nəfərlik iftar menyusu 60 manat təşkil edir. Burada 10 faizlik servis haqqı da mövcuddur. Ramazan ayına özəl təqdim olunan bu menyu yalnız korporativ qonaqlar üçün nəzərdə tutulub. Menyu minimum 10 nəfərlik qruplar üçün keçərlidir.
İçərişəhərdəki "Natavan” restoranında bir nəfər üçün iftar süfrəsi 35-45 manata, "Burc Qala” restoranında üçün 27 manata, "Mist” restoranında 25 manata, "Çayı Bağı” restoranında isə 29 manata açılır. Bununla yanaşı 10 faiz servis haqqı da nəzərdə tutulub.
Nizami küçəsində yerləşən "Khan Baku” restoranı bir nəfərə iftar süfrəsini 35 manata təqdim edir.
Səbaildəki "Nar Şərab” restoranının "Senator” zalında müqəddəs ayda bir nəfərlik iftar süfrəsi 40 manata təklif edilir.
Paytaxtın Nizami rayonundakı "Biz-Bizə” restoranında iftar qiyməti 28 manat müəyyənləşib. Rayondakı "Sherlock” restoranında isə iftar menyusunun qiyməti 25-35 manat aralığında dəyişir.
Atatürk prospektində yerləşən "The Mood Baku”da toyuqla iftar menyusu 30 manat, ət və balıqla olan iftar menyusu isə 35 manata təklif edilir.
Badamdar qəsəbəsində paytaxtın ən hündür nöqtələrindən birində yerləşən dəniz mənzərəli "Hill” restoranında bir nəfər üçün iftar menyusu 50 manat təşkil edir.
Nərimanovda yerləşən "Mama Meri” restoranında bir nəfərlik iftar menyusunun qiyməti 30 manatdan çoxdur.
Bakıdakı bir neçə mall-da yerləşən "Etiler Meat House”da iftar açmaq istəyən şəxslər 50 manat ödəməli olacaqlar.
"City Park Mall”da yerləşən "Zancafil” restoranında bir nəfərlik toyuqla olan menyu 33 manata, quzu ilə olan menyu 37 manata, dana menyu isə 39 manata təklif edilir.
Səbaildəki məşhur "Badam d'Art” Hotelin restoranında orucunu açmaq istəyən şəxslərə iftar menyusu 50 manata təklif olunur.
"Mado” restoranında bir nəfərlik toyuqla olan iftar menyusu 25 manat, ətlə olan iftar menyusu isə 27 manat təşkil edir. Burada servis haqqı 11% təşkil edir.
İcra başçı sabiq deputatdan polisə şikayət verib - AÇIQLAMA
Kremlin sözçüsü: "Nə Rusiya, nə də Çin nüvə sınaqları keçirməyib"
Sabiq deputat bacısı oğlunun həbsini istəyir - TƏFƏRRÜAT
Ali Məclis deputatlarının köməkçiləri olacaq
Sabiq baş nazirdən Ədliyyə nazirinin təyinatına reaksiya: "Ona "Əlini çək, dostum" deməliydin..."
Qəbul imtahanları: qeydiyyat prosesi başlayıb
Bakının məşhur restoranlarında fantastik iftar qiymətləri - Siyahı
Media nümayəndələri üçün yeni mükafat təsis olunub
"Azercell"in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti" ötən il 5 520 müraciət qəbul edib
Türkiyədə yeni syasi ittifaq yaranır - Ərbakan anons verdi
Mingəçevirdə 11-ci sinif şagirdi məktəb pəncərəsindən yıxıldı
Ali Məhkəmədən daha bir vahid qərar: "Şəxsin "WhatsApp" yazışmaları izlənilə bilməz"
AFFA bəzi klub və futbolçuları cəzalandırıb
İnşaat Kollecinə direktor təyin olunub
YAP növbəti qurultayı gələn ay keçiriləcək - Nələr gözlənilir?
Anar Ələkbərov Xalq şairini evində ziyarət edib - FOTOLAR
Cüdo texnikaları üzrə imtahan keçiriləcək
Azərbaycan millisinin heyəti açıqlandı
Sabah hava necə olacaq? - Proqnoz
Perunun müvəqqəti prezidenti vəzifədən kənarlaşdırılıb - Çinə görə
Bəstəkarlar İttifaqının sədri: “3600 manat təqaüd alır, 5 manatı gətirib vaxtında vermir” - VDEO
Azərbaycan nefti 1.4 dollar ucuzlaşdı
Tahir Budaqov rektorlarla görüşdü - FOTO
Agentliyin əməkdaşı minaya düşdü - Xocalıda
İlham Əliyev Qambiya prezidentinə məktub göndərdi - MƏTN
ZAUR ƏLİYEV GEDİR, NAZİR MÜAVİNİ YERİNƏ GƏLİR: bir müddət sonra isə... - Səhiyyədə böyük dəyişiklik planı
Sabahdan Ramazan ayı başlayır
Daha 17 itkin-şəhidi dəfn olunacaq - FOTOLAR
DYP sürücülərə texniki baxışla bağlı - XƏBƏRDARLIQ
Plastik cərrahların sayı artırıldı - SİYAHI
ABŞ blokadaya aldı, Kubada həyat iflic oldu: yanacaq, qida və turizm böhranı dərinləşir
Rusiyada nazir və köməkçisi həbs olunub - Korrupsiya ittihamı ilə
WUF13: vahid əməliyyat koordinasiya mexanizmi işə salınacaq
"Yuventus"un baş məşqçisi: "Bu qolların qisasını almaq istəyirik"
Türkiyədə kriminal dəstələrə qarşı əməliyyat: 37 nəfər saxlanılıb
TƏBİB-də yoxlama başlayır? - Vüqar Qurbanovun həbs təhlükəsi yaranıb, xeyli kadr isə yol üstədir
TƏBİB "silkələnir" - Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru da gedir?
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü