"Yuventus"un baş məşqçisi: "Bu qolların qisasını almaq istəyirik"

img

18-02-2026 [09:57]


UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qalatasaray"a 5-2 hesabı ilə məğlubiyyətdən sonra "Yuventus"un baş məşqçisi Luçano Spalletti jurnalistlərə açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, mçəsuliyyəti üzərinə götürüb. Deyib ki, komandasını layiqli idarə edə bilməyib: "Bu cür matçlarda sadə səhvlər edilərsə, oyun bitər. Biz çox adə səhvlər etdik. Üstəlik, qırmızı vərəqə vəziyyəti daha da çətinləşdirdi. Buraxdığımız qolların qisasını cavab oyununda almağa çalışacağıq"

Son son liqa oyunlarda da xal itirmələrinə toxunaraq deyib:  "Narahat deyiləm. İşin zirvəsindəyəm. Gələndə də narahat deyildim. Bu vəziyyətləri düzəltmək lazımdır. Müəyyən təcrübələrə əsaslanmalıyıq. Sadəcə, eyni səhvləri təkrarlamamalıyıq. Son bir neçə matçda səhvlər etdik. Komandamıza diqqət çatışmazlığı var". 

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA