Mirça Luçesku Türkiyəyə qarşı oyuna olacaq? - Qeyri-müəyyənlik var

img

18-02-2026 [22:28]


Rumıniya millisinin 80 yaşlı məşhur baş məşqçisi Mirça Luçesku səhhətindəki problemlər davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu səbəbdən onun 2026-cı il Dünya Kubokunun pley-off yarımfinalında martın 26-da Türkiyə ilə oyunda komandasının başında olması çətin görünür.

Rumıniya mətbuatı yazır ki, 80 yaşlı məşqçi ilə bağlı son qərarı Rumıniya Futbol Federasiyası verəcək: "Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku səhhətindəki problemlərə görə çətin günlər keçirir. Bir ay ərzində üçüncü dəfə xəstəxanaya yerləşdirilən təcrübəli məşqçi 9 fevralda evə buraxılıb. O, iki gün əvvəl növbəti müayinə üçün Belçikaya gedib".

Türkiyə və Rumıniya 26 martda qarşılaşacaqlar. Cütün qalibib finalda Slovakiya və Kosovo matçının qalibi ilə üz-üzə gələcək.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA