"Maraqlıdır ki, “m10”un "söykəndiyi" "Kapital Bank”da da bu sahəyə xarici vətəndaş rəhbərlik edir" - Ekspertdən şok açıqlamalar

img

18-02-2026 [21:25]


"m10" insidenti artıq fintex problemi yox, milli təhlükəsizlik məsələsidir. Baş verənlər getdikcə daha ciddi miqyas alır. Artıq söhbət milyonlarla, hətta bəzi mənbələrə görə milyardlarla manatlıq dövriyyədən getdiyi bildirilir. Bu günlərdə məlumat verildi ki, Mərkəzi Bankda “Fintex” rəhbərləri ilə görüş keçirilib. Güman ki, baş verənlər orada da müzakirə predmeti olub. Hələlik MB bununla bağlı açıqlama verməyib. Görünən odur ki, elektron pul və “Fintex” sektorunda problemlər hələ də qalır.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, bunu ekspert Osman Gündüz bildirib.

Onun sözlərinə görə, “m10”nun, “PashaPay”in kritik informasiya infrastrukturu siyahısına daxil olub-olmadığı ictimaiyyətə məlum deyil, çünki siyahı qapalıdır, amma istənilən halda ortada böyük miqyaslı kiber insident var: “Bu, istər DTX-nin Milli Kibertəhlükəsizlik Mərkəzinin, istərsə də DİN -nin Kibercinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin perimetrinə daxil olmasından asılı olmayaraq,  çox ciddi  hadisəsidir. Bir məqam da xüsusi diqqət çəkir. Bank sektorunda kiber fırıldaqlar mövzusunda əvvəllər də qeyd etmişdim ki, bankların data və İT mərkəzlərində, xüsusilə rəhbər səviyyəsində xarici vətəndaşların olması əlavə risklər yaradır. Maraqlıdır ki, “m10”un "söykəndiyi" "Kapital Bank”da da bu sahəyə xarici vətəndaş rəhbərlik edir. Yeni qanunvericilikdə kritik infrastrukturu audit edən şəxsin mütləq Azərbaycan vətəndaşı olması tələbi var. Amma həmin kritik sistemlərə rəhbərlik edən şəxsin vətəndaşlığı ilə bağlı konkret tələb mövcud deyil. Yəni, absurd vəziyyətdir, yoxlayan mütləq ölkə vətəndaşı olmalıdır, yoxlanılana rəhbərlik edən isə xarici ola bilər. Ümid edirəm ki, məsələ bütün aidiyyəti qurumların diqqətindədir və baş verənlər obyektiv araşdırılır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA