“Atabank” və “Amrah Bank”ın lisenziyaları ləğv edildi, daha iki bank haqqında isə... - Mərkəzi Bankdan sərt qərar
28-04-2020 [18:02]
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin aprelin 27-də qəbul etdiyi qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunmuş, adı çəkilən bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.
Mərkəzi Bankdan Mia.az-a verilən məlumata görə, Mərkəzi Bankın İdarə Heyətinin aprelin 28-i tarixli qərarına əsasən həmin banklardan ikisinin - “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv olunub:
"Qeyd olunan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlamışdır, xüsusən “Atabank” ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 noyabr tarixli, 1616 nömrəli Sərəncamına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank tərəfindən hər iki bankda aparılan yoxlamalar nəticəsində məlum olmuşdur ki, onlar ciddi maliyyə itkilərinə yol vermiş, öz kapitallarını tam itirmiş və müflis vəziyyətinə düşmüşdür. Bankların səhmdarları ilə müzakirələrdə onlar yoxlamaların nəticələri barədə məlumatlandırılmış və onlara bankları əlavə kapitallaşdırmaq təklif olunmuşdur, lakin onlar bu imkandan istifadə etməmişlər.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı ölkənin bank sisteminin bütövlükdə dayanqılı olduğunu bəyan etmiş, lakin sistemdə “nöqtəvi” problemlər olduğunu dəfələrlə bildirmişdir. Qeyd olunan iki problemli bankın sektorun aktivlərində xüsusi çəkisi 2,1%, kredit portfelində isə 3% təşkil edir.
Maliyyə dayanıqlığı problemi olan kommersiya bankları ilə bağlı situasiyanın maliyyə sabitliyi xarakteri daşıması, habelə aidiyyəti dövlət qurumları və Əmanətlərin Sığortalanması Fondu ilə koordinasiya edilmiş qaydada həll edilməsi zərurəti nəzərə alınaraq, məsələ ilə bağlı Maliyyə Sabitliyi Şurasında ətraflı müzakirələr aparılmış və Mərkəzi Bank qəbul etdiyi qərarlarda Şuranın tövsiyələrini nəzərə almışdır.
Qeyd olunanları nəzərə alaraq, məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdardan az olduğuna, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 28 aprel 2020-ci il tarixindən etibarən ləğv edilmiş və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.
Bildiririk ki, “Atabank” ASC və “Amrah Bank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən tam ödəniləcəkdir. Fondun vəsaiti çatmasa mövcud qanunvericiliyə uyğun olaraq çatışmayan məbləğ üzrə Mərkəzi Bank tərəfindən kredit ayrılacaqdır. Bu kredit Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcəkdir. Əmanətlərin ödənilməsi mövcud prosedurlara uyğun şəffaf şəkildə təşkil olunacaq və əmanətçilər dövri olaraq məlumatlandırılacaqlar.
“Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcəkdir.
Müvəqqəti inzibatçı təyin edilmiş digər iki bank - “AGBank” ASC-də və “NBCBank” ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Mərkəzi Bank bildirir ki, bank sisteminin sağlamlaşdırılması, problemli bankların sistemdən uzaqlaşdırılması nəticəsində əhalinin öz əmanətlərindən istifadə hüquqlarının bərpa edilməsi atılan digər addımlarla birgə bank sektoruna inamın daha da artırılmasına şərait yaradacaqdır.
Qeyd olunan prosesləri qanunla müəyyən edilmiş prosedurlar və müddətlərdə icra etmək üçün Azərbaycan Mərkəzi Bankı xüsusi tədbirlər planı hazırlamışdır və bu planın icrası barədə əmanətçilər, ictimaiyyət mütəmadi məlumatlandırılacaqdır".
İndoneziyada qızılca epidemiyası: 17 nəfər ölüb
ABŞ-da dini məktəbə hücum olub - İki şagird ölüb, 20 yaralı var
Çempionlar Liqası: "Qarabağ" hesabı artırdı (Yenilənir)
Tramp: "Corc Soros və oğlu məsuliyyətə cəlb edilməlidir"
BAKININ DAHA 3 RAYONUNDA SÖKÜNTÜ BAŞLAYIR - Bu ərazilərdə (SİYAHI)
Bakı və rayonlarda 14 məktəbə direktor təyinatı olub
Nazirlik "xaricdə onlayn təhsil" vədləri ilə bağlı açıqlama yaydı: "Diplomlar tanınmayacaq"
Fransanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb - XİN-də görüş oldu
Cənubi Koreya məktəblərində mobil telefondan istifadə qadağan olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xırdalanda DOST Mərkəzində yanğın olub (Yenilənb)
Türkiyədə maaşlar artdı: professor 4200 manat, hakim, polis, müəllim, mətbuat katibi, bağban, qarson isə...- SİYAHI/MƏBLƏĞLƏR
Qəzzada itkilərlə bağlı son məlumat açıqlandı - Daha 76 nəfər ölüb
Sabah Ağdaş, Zaqatala və Şəkinin bəzi kəndlərində qaz olmayacaq
Şamaxıda yanğın törədən şəxs saxlanılıb
Azərbaycan və Uqanda XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib - Açıqlama
Aİ Trampın avtomobillər və mallar üzrə tariflərin azaldılması tələbi ilə razılaşacaq
Qazaxda yanğın törədən şəxs saxlanılıb
Film çəkmək üçün Qubaya gedənlər qəzaya düşüb - Ölən var (Yenilənib)
Rəsmi Moskva Ukraynaya sülhməramlı göndərilməsini istəmir
MİQ üzrə vakansiya: 1300-dən çox namizəd uğur qazanıb
İLHAM ƏLİYEVİN YENİ MESAJLARI... - Bir müsahibənin izi ilə (TƏHLİL)
"Çoxdan bu bazarı sökmək, onun yerində..." - Vahid Əhmədov "Sədərək"dəki yanğına görə FHN-ni qınadı
Dörd universitetə niyə rektor təyin edilmir? - SİYAHI
Şəhid jurnalistlərin medalları ailə üzvlərinə təqdim edilib
Rövnəq Abdullayevin kürəkəninin bankı daha bir qərar verdi - Keşbek faziləri azaldılıb, bəzilərində isə...
Adam Buksa "Udineze"yə keçib
Samuxda açıq ərazidə yanğın başlayıb
Bakıda göldə uşaq boğulub
Avropa İttifaqı Azərbaycana yeni səfir göndərir
Sabah hava necə olacaq? - Proqnoz
Şahin Mustafayev: "Körfəz ölkələrini Qara Dənizə bağlayacaq yeni marşrut yaradılacaq"
Ərdoğanın "qılınc" mesajı: YPG Suriya ordusu ilə "yeraltı savaş"a hazırlaşır - FOTOLAR
Eldəniz Abdullayev saxlanılıb - Narkotiklə
30 il əvvəl törədilmiş qətl - Baş Prokurorluq əhaliyə müraciət edib
"Real Betis" Andre Onananı heyətinə qatmaq istəyir
Bakıdan Ağdama qatarla səfər başlayıb - Biletlər bu gündən satışa çıxarılıb + QİYMƏT
Əliyev İran prezidenti haqqında: "Bəli, o, azərbaycanlıdır, mənim kimi eyni qanı daşıyır"
PREZİDENT YENİ MESAJLAR VERDİ - İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsinin TAM MƏTNİ (FOTOLAR)
"Bütün xalq görsün ki..." - IX “Muğam” Televiziya Müsabiqəsində qalmaqal, finalçı mükafatı qəbul etmədi
Ceymi Vardi "Kremoneze" klubu ilə müqavilə imzalaya bilər