Deputat Məşhur Məmmədova məxsus kredit təşkilatına "maya qoyulacaq"

img

23-04-2020 [10:47]


"Embafinans" QSC bank olmayan kredit təşkilatı nizamnamə kapitalını 2 dəfə artıraraq 10 milyon manatdan 20 milyon manata çatdırmağı planlaşdırır.

"Report" xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 10 min ədəd adi səhm buraxılacaq.

Qiymətli kağızlar "Azfinance İnvestisiya Şirkəti" QSC-nin vasitəçiliyi ilə, qapalı üsulla yerləşdiriləcək.

Xatırladaq ki, "Embafinans" 2012-ci ildə yaradılıb. BOKT-un səhmlərinin 60%-i Elşad Abbasova, 40%-i isə Milli Məclisin üzvü Məşhur Məmmədova məxsusdur. 


Digər xəbərlər
SON XƏBƏRLƏR