Ermənistanda məktəbli uşaqlarda koronavirus aşkarlanıb - Nazir sayını xatırlamadığını deyir

img

26-03-2020 [15:00]


Ermənistanda məktəbli uşaqlarda koronavirus aşkarlanıb.

Bunu Ermənistanın səhiyyə naziri Arsen Torosyan martın 26-da keçirdiyi məbuat konfransında bildirib.

“Məktəblilərə koronavirus diaqnozu qoyulub. Onların sayını indi xatırlamıram”, deyə nazir vurğulayıb.

Qeyd edək ki, martın 26-sı saat 10:00-a olan məlumata əsasən, Ermənistanda 290 yoluxma faktı qeydə alınıb/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR