“MSK-nın veb-kameralarının üzərinin bağlanması barədə deyilənlər əsassızdır” - Rəsmi

img

09-02-2020 [15:28]


8 saylı Binəqədi Birinci Seçki Dairəsinin bəzi məntəqələrdə kameraların üzərinin örtülməsi barədə məlumatlara Mərkəzi Seçki Komissiyası (MSK) münasibət bildirib.

MSK-nın Media və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli APA -ya açıqlamasında bildirib ki, bu məsələnin MSK-nın quraşdırdığı veb-kameralara heç bir aidiyyəti yoxdur: 

“Fotoda görünən təhlükəsizlik kameralarıdır. Əvvəllər də təhlükəsizlik kameraları ilə bağlı narazılıqlar olmuşdu. Bütün seçkilərdə təhlükəsizlik kameraları bağlanır. MSK-nın quraşdırdığı veb-kameraların üzərinin bağlanması barədə iddialar isə əsassızdır, bütün veb-kameralar hazırda aktivdir. Kim istəsə, veb-kameralar vasitəsilə seçkini müşahidə edə bilər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA