Bakıda və rayonlarda qar yağacaq, yollar buz bağlayacaq - Sabahdan hava kəskinləşəcək

img

08-02-2020 [14:10]


Bakıda və Abşeron yarımadasında sabah havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. 

Mia.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu gecə və gündüz 0-3° isti, axşam 1° şaxta, Bakıda gecə və gündüz 0-2° isti, axşam 1° şaxta olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85% olacaq.

Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA