Kürdəmirdə yol qəzsaı olub, ölən və yaralanan var

img

07-02-2020 [12:26]


Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

 Hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Beləki, hələlik adı məlum olmayan sürücü "KİA" markalı avtomaşınla Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomaşın yoldan çıxaraq yolun kənarındakı beton lovhəyə çırpılıb. Zərbənin təsirindən sürücü hadisə yerində keçinib. Avtomobildə sıxılıb qalmış ağır xəsarət alan sərnişin isə xilasedicilərin köməyilə avtomobildən çıxarılıb. Müxtəlif növ  bədən xəsarəti alan sərnişin isə "təcili yardım" avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA