Qubada ev yanır, yanğınsöndürənlər hadisə yerinə çata bilmir

img

07-02-2020 [13:16]


Quba rayonunda fərdi yaşayıv evi, həyətyanı sahəsində olan yardımçı tikililər və tövlə yanmağa başlayıb. 

Rayon mərkəzindən 70 kilometr məsafədə yerləşən Qarxun kəndində başlayan yanğını söndürmək üçün Quba Rayon Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən avtomobil və canlı qüvvə hadisə yerinə yol düşsədə məsafənin uzaq olması səbəbi ilə hadisə yerinə hələ də çatmayıblar. 

Kənd sakinləri bildiri ki, güclü külək olduğundan yanğının yaxınlığında yerləşən bir neçə evə də keçmə ehtimalı var.

Qeyd edək ki, Quba-Qonaqkənd istiqamətində yerləşən kəndlər dağlıq ərazidə yerləşdiyindən hər hansı hadisə zamanı vaxtında çatmaq mümkün olmur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA