Tüllər kəndində 15 yaşlı qız qaçırılıb

img

06-02-2020 [12:59]


Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar yaşayan Tüllər kəndində 15 yaşlı qız qaçırılıb.

Bu barədə Gürcüstanın “Mtavari arxi” televiziya kanalı məlumat yayıb.

Yeniyetməni özündən kiçik qardaşı ilə səhər məktəbə gedərkən 18 yaşlı oğlan evlənmək məqsədilə zorla qaçırıb. Hadisə böyük narazılıq doğurandan sonra oğlanın yaxınları qızı ailəsinə qaytarıb. Qızın ailə üzvləri oğlanın həbsini tələb edirlər.

Yeniyetmə qızın psixoloji travma aldığı bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA