Çin diplomatı koronavirusa görə AQTA-da olub

img

07-02-2020 [14:05]


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Çindən Azərbaycana diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması ilə əlaqədar görüş keçirilib.

MAQTA-dan Mia.az-a verilən məlumata görə, Çinin Bakıdakı səfirinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə agentliyin sədr müavinləri Rüfət Rüstəmzadə və Balarəhim Quliyev iştirak edib.

AQTA-nın sədr müavini Rüfət Rüstəmzadə qonaqlara agentliyin fəaliyyət istiqamətləri, ölkədə qida təhlükəsizliyinə nəzarətlə bağlı görülən işlər barədə geniş məlumat verib.

Sonra Çinin ölkədəki səfirinin müşaviri Van Çunqan son vaxtlar Çində meydana gələn koronavirus xəstəliyinin dünyanın bir sıra ölkələrinə yayılmasına görə təəssüfləndiyini bildirib. Məlumat verilib ki, hazırda Çində koronovirusla bağlı epizootoloji vəziyyət nəzarət altındadır.

Görüşdə Çindən Azərbaycana diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması ilə əlaqədar müzakirələr aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA