Dünyanın ən güclü orduları: Azərbaycan və Türkiyə neçənci yerdədir? - SİYAHI
04-02-2020 [12:04]
Dünya ölkələri üzrə orduların yeni reytinqi açıqlanıb.
Siyahını "Global Fire Power" araşdırma şirkəti hazırlayıb.
"2020: hərbi güc reytinqi" adlı sənəd ümumilikdə 138 ölkənin Silahlı Qüvvələrini əhatə edib. Reytinq hazırlanan zaman ordu ilə bağlı 6 göstərici əsas götürülüb. Bunlar illik hərbi büdcə, orduda xidmət edən şəxsi heyətin, Hərbi Hava Qüvvələrinə məxsus təyyarə, pilotsuz uçan aparat və helikopterlərin, eyni zamanda qırıcı təyyarələrin, tankların sayı və hərbi donanma üzrə göstəricilərdir.
"Global Fire Power" şirkətinin araşdırması nəticəsində məlum olub ki, Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü silahlı qüvvəsidir. Belə ki, Azərbaycan Ordusu 138 ordu arasında gücünə görə 63-cü pilləni tutub.
Siyahıda Gürcüstan 93-cü, Ermənistan isə 112-ci sırada qərarlaşıb.
Araşdırmaya görə, Azərbaycanın hərbi büdcəsi 2 milyard 805 milyon ABŞ dollarıdır. Ümumi hərbçi sayı 426 min nəfərdir. Onlardan 126 mini aktiv şəxsi heyətdir və hazırda hərbi xidmətdədir, 300 min nəfər isə ehtiyatdadır.
Azərbaycan Hərbi Hava Qüvvələrinin aktivində 29 hərbi təlim təyyarəsi, 17 qırıcı təyyarə, 88 helikopter və 17 qırıcı helikopter mövcuddur. Quru Qoşunların aktivində 570 tank var. Azərbaycan Hərbi Donanması 4 sualtı qayığa, 13 patrul, 7 minaaxtaran gəmiyə, 1 freqat (kiçik döyüş gəmisi) daxil olmaqla 31 gəmiyə malikdir.
Siyahıdan məlum olur ki, işğalçı Ermənistan hərbi güc baxımından, demək olar, bütün göstəricilər üzrə Azərbaycandan geridə qalır. Araşdırmaya görə, Ermənistanın hərbi büdcəsi 1 milyard 385 milyon ABŞ dollarıdır. Ümumi hərbçi sayı 245 min nəfərdir. Aktiv personal 45 min, ehtiyatda olanların sayı isə 200 mindir.
Ermənistan Hərbi Hava Qüvvələrinin aktivində 13 hərbi təlim təyyarəsi, 9 qırıcı təyyarə, 37 helikopter və 20 qırıcı helikopter var. Quru qoşunları 110 tanka malikdir. Ermənistanda hərbi donanma mövcud deyil.
Siyahıya ABŞ ordusu başçılıq edir. Ondan sonra Rusiya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Fransa, Böyük Britaniya, Misir, Braziliya gəlir.
Türkiyə dünyada 13-cü ən güclü orduya malikdir. Qonşu ölkələrdən İran 14-cü yerdədir/Report.
Sabirabadda qandonduran olay: 16 yaşlı qızı öldürüb Kürə atan 21 yaşlı şəxs saxlanıldı
Deputatlar daha 13 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq - SİYAHI
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
İsrail Qəzzaya 100-dən çox hava zərbəsi endirib
Bu ölkənin paytaxtı zibil içində "üzür" - Səbəb
"Qalatasaray"da çempionluq bayramı: hansı müğənnilər qatılacaq?
Osimhen "Qalatasaray"la bağlı paylaşım elədi - FOTO
Ərdoğanın oğlu klub prezidentini hədələdi: "Belə idarəçilik olmaz"
Emre Belözoğlu Acun Ilıcalıya "yox" dedi
Avropa Birliyi Suriyaya qarşı sanksiyaları ləğv etdi
İbrahim Kalın Suriyada Şara ilə görüşüb - Nələr müzakirə olunub?
Oktay Əliyev yeni vəzifəyə təyinat aldı
Tofiq Yaqublunun şikayəti təmin olunmadı - Məhkəmə işi
Bələdiyyələrlə bağlı daha 5 qanun dəyişir
İlham Əliyev Macarıstanda: "Ermənistan gec-tez bu şərtlərlə razılaşacaq" - Birgə bəyanat + FOTOLAR (YENİLƏNİB)
"Bandotdel"dən əməliyyat: 10 nəfər qandallandı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Abzas Media” işçiləri hakim qarşısına çıxarıldı - Prokuror jurnalistlərə ağır cəzalar istədi
Sumqayıtda müəssisədə partlayış: beş nəfər xəsarət alıb - Üçünün vəziyyəti ağırdır (YENİLƏNİB)
III Çarlz Azərbaycan prezidentinə məktub göndərib - MƏTN
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
SABİQ NAZİRDƏN MÜSAHİBƏ: "Məktəb də, müəllim də hörmətdən düşüb" - "Niyə o müəllimdən imtahan götürürsünüz?”
İcra başçısı Təhsil Şöbəsinin keçmiş müdirinə vəzifə verdi - İH-yə kimlər gəldi, kimlər getdi?
Bakıda daha iki məktəb direktoru cəzalandırılıb
Prezident İlham Əliyev Macarıstanda - FOTOLAR
Telefon alverçisi mühüm dövlət qurumuna aparat rəhbəri təyin olundu
“Bakcell” süni intellekt təlimi təşkil etdi - FOTOLAR
Daha üç qanun dəyişir
Un neçəyədir? - Açıqlama
Bakıda "GlobE Network"un altıncı plenar iclası... - İlham Əliyev müraciət edib (Yenilənib)
Müğənni rektorla Prezidentin köməkçisini "üz-göz" elədi: "Xeyirdimi Bostançı?" - Açıqlamalar
Zelenski sülhə "yaşıl işıq" yandırdı: "Məlumat alan kimi, ictimaiyyətə açıqlayacağıq - "Heç kim, heç bir sakin evini, torpağını təslim etməyəcək"
Xan Yunusun əhalisi yenidən köç edir - FOTO
Kəngərliyə daha 50 ailə köçürülüb
"Evdəki böyük qardaşlarına da demişəm ki, artıq evdə qorxmalı olduğumuz birisi var"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR