AKP sözçüsü: "Ərdoğana qarşı bu ifadəni ən çox işlədənlər faşistlərdir"

img

19-05-2025 [23:50]


Türkiyənin iqtidar partiyası AKP  ana müxalifət partiyasının lideri Özgür Özələ etiraz eidb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AKP sözçüsü Ömər Çelik CHP sədri Özəlin prezident Rəcəb Tayyib Ərdoğana ünvanlı “Sən qlobal lider deyilsən, yerli diktatorsan” sözlərini qəbulolunmaz sayıb.

O bildirib ki, Ərdoğana qarşı bu ifadəni ən çox işlədənlər avropalı faşistlərdir: "CHP sədri Özgür Özəl təqlidçidir. Onun açıqlamaları Avropanın ifrat sağçılarının nüsxəsidir. İndi o, avropalı faşistlərin tərcüməçisi rolunu öz üzərinə götürüb. Qlobal lider, hətta yerli lider də olmayan birinin prezidentimizin liderliyindən danışması faciəvi haldır".

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA