Bakıda daha iki məktəb direktoru cəzalandırılıb

img

20-05-2025 [14:08]


Bakıda daha iki məktəb direktoru cəzalandırılıb.

Mia.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, əmək fəaliyyətində yol verdikləri nöqsanlara görə Bakı şəhəri 275 nömrəli tam orta məktəbin direktoru Elnur Hüseynova və 278 nömrəli tam orta məktəbin direktoru Sevinc Hüseynovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Gələcəkdə analoji hallara yol verəcəkləri təqdirdə barələrində daha ciddi intizam tənbeh tədbirinin tətbiq ediləcəyi nəzərlərinə çatdırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA