Makron İsraili hədələdi: "Hücum dayanmazsa, radikal addımlar atılacaq"

img

20-05-2025 [08:20]


Fransa prezidenti Emmanuel Makron İsrail hədələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Qəzzada insan fəlakətinə diqqət çəkərək, vəziyyətin dözülməz olduğunu açıqlayıb.

Makron bildirib ki, İsrailin Qəzzada hərbi əməliyyatlarının genişlətməsinə qəti şəkildə qarşıdırlar.

Gələn ay Nyu-Yorkda Fələstin problemi ilə bağlı keçiriləcək konfransa qatılacağını deyən Makron bölgədə sülhün bərqərarı üçün iki dövlətli həllin optimal yol olduğunu bildirib.

O, ötyən gün Fransa, Böyük Britaniya və Kanadanın imzaladığı birgə bəyanatdan söz açıb və İsraili Qəzzaya hazırkı şiddətli hücumlarının dərhal dayandırmasını tələb edib: "İsrail yeni hərbi əməliyyatlarını dayandırmasa və humanitar yardımların qarşısında qoyduğu maneələri götürməsə, daha radikal və konkret addımlar atacağıq"

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR