İlqar Abbasov səyyar qəbul keçirdi - Şirvanda + FOTO

img

31-01-2020 [10:13]


 
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov dünən şəhərin Hacıqəhrəmanlı qəsəbəsində 12 nömrəli tam orta məktəbdə təsdiq olunmuş qrafikə uyğun olaraq vətəndaşları qəbul edib.

Mia.az xəbər verir ki, qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak edib.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov son illərdə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına yönəlmiş kompleks tədbirlərlə bağlı ətraflı çıxış edərək bildirib ki, ölkəmizdə hal-hazırda həlli vacib sayılan məsələlər sırasında regionların sosial-iqtisadi aspektdən inkişafının daha da artırılması, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət proqramlarının reallaşdırılması və regionlarda produktiv məşğulluğa nail olunması mühüm yer tutur. Həyata keçirilən regional inkişaf tədbirlərinin nəticəsi olaraq bu gün Azərbaycanın ən böyük sənaye mərkəzlərindən olan Şirvan şəhəri dinamik inkişaf edərək müasirləşir.
 
Vurğulanıb ki, hazırda şəhər ərazisində yaşayış binalarının giriş hissəsində və fasadlarında, məhəllədaxili yollarda təmir işləri aparılır, içməli su təhcizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində mühüm layihələr reallaşdırılır, abadlaşdırma, yaşıllaşdırma, küçələrin işiqlandırılması və digər işlər həyata keçirilir. Eyni zamanda ölkə prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq yaxın gələcəkdə Şirvan şəhərin simasının günün tələbləri səviyyəsində qurulmasını təmin etmək məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi üçün xüsusi proqramlar və iri həcmli infrastruktur layihələr hazırlanaraq uğurla icra olunacaqdır.

Qəbul zamanı 15 nəfər şəhər sakini onları narahat edən müxtəlif sosial məsələlərlə bağlı şəhər İcra Hakimiyyətinin başçısına müraciət ünvanlayıblar. Qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilib və müarciətlərə aydınlıq gətirilib. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanunauyğun şəkildə tədbirlərin görülməsi üçün şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Sakinlər öz çıxışlarında son illərdə istər republikamızda, istərsə də Şirvan şəhərində həyata keçirilən islahatlardan, sosial-iqtisadi inkişafdan razı qaldıqlarını bildirib və problemlərinin həllinə yönəlmiş səyyar görüşlərin təşkilinə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını ifadə ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA